ABŞ Maliyyə Nazirliyi İrandan Rusiya Federasiyasına pilotsuz təyyarələrin istehsalı və tədarükü ilə bağlı şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Vətəninfo.az xəbər verir ki, Ukraynaya qarşı dronların alınması və istifadəsi ilə məşğul olan “Vaqner PMC” şirkətinə qarşı da sanksiyalar tətbiq edilib.
Bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Facebook səhifəsində məlumat verib. “Bu gün ABŞ Xəzinədarlığı OFAC İran Dron İstehsalçılarına Sanksiya tətbiq edir – Shahed Aviation Industries Research Center; Rusiyaya pilotsuz təyyarələr göndərən şirkətlər “Success Aviation Services FZC” və “i Jet Global DMCC”; Ukraynaya qarşı dronların alınması və istifadəsi ilə məşğul olan PMC Wagner-dən bu sankisyalara məruz qaldılar”, – deyə o yazıb.