image-reklam-veteninfo
image-kydasf7czf6atjhfbackend

ABŞ  bütün B-52H strateji bombardmançı təyyarələrini bu ölkədən çıxarır 

image-reklam-veteninfo

ABŞ Hərbi Hava Qüvvələri Böyük Britaniyanın Fairford Hərbi Hava Bazasında yerləşdirilmiş bütün B-52H Stratofortress strateji bombardmançı təyyarələrini geri çağırıb.

Vətəninfo.az “The War Zone” nəşrinə istinadən xəbər verir ki, hər biri üç təyyarədən ibarət son iki qrup artıq ABŞ-ın kontinental hissəsində yerləşən daimi bazalarına qayıdıb.
Bildirilib ki, Fairford bazasında hələ də 11 ədəd B-1B Lancer strateji bombardmançı təyyarəsi qalır.
Məlumata əsasən, ABŞ-ın Britaniyadakı ağır bombardmançı qüvvələrinin sayının azaldılması prosesi Vaşinqton və Tehran arasında anlaşma memorandumunun imzalanmasından sonra başlayıb.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı Fairford bazasında 15 B-1B Lancer və 8 B-52H Stratofortress strateji bombardmançı təyyarəsi yerləşdirilmişdi. Bu təyyarələrdən İranın ballistik raket və pilotsuz uçuş aparatlarının yerləşdirilməsi, saxlanılması və istehsalı ilə bağlı mühüm hərbi obyektlərinə zərbələr endirmək üçün istifadə olunurdu.
Bununla yanaşı, ABŞ-ın İrana qarşı əməliyyatları çərçivəsində İordaniyada beş ay xidmət aparan 15 F-15E Strike Eagle qırıcısı da Britaniyanın Leykenhit hava bazasına geri qayıdıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki