image-55backend

ABŞ bütün ölkələrdə dövlət sistemini dəyişdirə bilməz- Ceyk Sallivan

image-reklam_sirab_01

ABŞ bütün ölkələrdə dövlət sistemini dəyişdirə bilməz. Vətəninfo.az xəbər verir ki, bunu ABŞ lideri Co Bayden “İranı azad etmək” istəyini bəyan etdikdən sonra ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

Sallivan onu da qeyd edib ki, Bayden administrasiyası digər ölkələrlə əməkdaşlıq yolu ilə “demokratiyanın insanların xeyrinə işləyə biləcəyini, eləcə də qlobal problemlərin həllinə xidmət edə biləcəyini” göstərməyə çalışır.

“Birləşmiş Ştatlar iranlıların məlumat və internetə çıxışını, bir-biri ilə və dünya ilə ünsiyyətini asanlaşdırmaq üçün bir sıra tədbirlər görüb. Bizdə başqa kontekstlərdə istifadə oluna bilən oxşar alətlər var”, – deyə rəsmi bildirib.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki