image-1backend

ABŞ Cənub Qaz Dəhlizinin inkişafı üçün Azərbaycanla əməkdaşlığa razılıq verib – İSNA

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,ABŞ Cənub Qaz Dəhlizinin inkişafı üçün Azərbaycanla əməkdaşlığa razılıq verib.

Bu barədə İSNA agentliyi məlumat verib. Agentlik yazır: “ABŞ Cənub Qaz Dəhlizinin inkişafı üçün Azərbaycanla əməkdaşlığa razılıq verib. Azərbaycanın energetika naziri Pərviz Şahbazov fevralın 20-də Vaşinqtona səfər edib. O, ABŞ rəsmiləri ilə görüşüb və Azərbaycanın Avropaya qaz ixracının artırılması yönündə mühüm addım ola biləcək razılıq əldə edib. Azərbaycan Energetika Nazirliyinin bəyanatına görə, tərəflər Vaşinqtonun Cənub Qaz Dəhlizinin inkişafına dəstəyinə uyğun olaraq əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bununla belə, razılaşmanın əlavə təfərrüatları və ya bu əməkdaşlığın yaxud ABŞ-nin Cənub Qaz Dəhlizinin inkişafına gələcək dəstəyinin necə ola biləcəyi haqda heç bir məlumat yoxdur.
Şahbazovun Vaşinqtona səfərini ilk növbədə COP29 konfransı öncəsi xoşməramlılıq ifadəsi hesab etmək olar. Bununla belə, Rusiyanın Ukraynaya hərbi hücumu Rusiya qazının Avropaya ixracını demək olar ki, tamamilə dayandırıb, Azərbaycan vəTürkmənistandan Avropaya qaz tranzitinə marağın artması ilə nəticələnib…”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki