Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi ölkəsi, ABŞ və Yaponiyanın iştirakı ilə üçtərəfli raket əleyhinə müdafiə təlimlərinin başladığını elan edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, bu hərbi təlimlər üç dövlət arasında təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün bir fürsətdir.