image-1backend

ABŞ-da 10 evi olduğu üzə çıxan fenomen aylıq qazancını açıqladı -VİDEO

image-reklam_sirab_01

Amerikada 10 evi olduğu üzə çıxan və barəsində araşdırmalara başladılıb var-dövləti müsadirə edilən fenomen Eylül Öztürk aylıq gəlirini açıqlayıb.

O özünə və ailəsinə qarşı irəli sürülən ittihamlardan sonra “YouTube” kanalında video yayımlayıb.

Öztürk, aylıq gəlirinin 2 milyon türk lirəsini keçdiyini bildirib.

O, izləyicilərindən üzr istəyib və sosial şəbəkə hesablarının statistikasını paylaşıb:

“Hekayələrimdən birinin orta gündəlik izlənilmə sayı 816 mindir. Gündə ən az 5 fərqli markadan reklam təklifi alıram. Qəbul etmək və ya rədd etmək mənim qərarımdır. Brend markaların reklamlarında etibarlı insanam. İstifadə etmədiyim bir məhsulun reklamını etmirəm. Heç vaxt insanları aldatmamışam.

“Bu günə qədər heç kimlə paylaşmamışam, amma aylıq qazancımı sizinlə bölüşəcəm. Kaş ki, sizin üçün bir şey edə biləydim. Bunu göstərməliyəm. Bunu etməsəm, oğurluq, çirkli pulların yuyulması və bu kimi rüsvayçı cinayətlərdə adım hallanmağa davam edəcək. Artıq bu sənədləri dövlətə təqdim etmişəm. Ötən il dekabrın 1-dən dekabrın 31-dək 626 min 490 nəfəri elektron ticarət platformasına gətirmişəm, 21 min 925 nəfər isə alış-veriş edib. Həmin ay əməkdaşlıqlardan 216 min türk lirəsi qazandım. Linklər verməklə bu platformaya 1 milyon 127 min lirə dövriyyə etdim. Bunun müqabilində 168 min lirə qazandım. Ümumilikdə həmin ay 384 min 815 lirə gəlirim olub”./BAKU.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki