image-9backend

ABŞ-da ara seçkilərinin ilk nəticələri: Tramp üçün yaşıl işıq,  Baydeni çətin günlər gözləyir

image-reklam_sirab_01

ABŞ-da keçirilən aralıq seçkilərinin ilkin nəticələrinə görə, Nümayəndələr Palatasında demokratlar 47, respublikaçılar isə 82 yer qazanıblar. Vətəninfo.az xəbər verir ki, seçkiyə daxil olan 35 Senat yerindən 17-si Respublikaçılar, 10-u Demokratlar idi. Keçmiş prezident Trampın 2024-cü ildə prezident seçkilərinə qatılmasında respublikaçılar çoxluğu mühüm rol oynasa da, mövcud vəziyyət prezident Baydeni çətin vəziyyətə salacaq.

Associated Press (AP) tərəfindən açıqlanan qeyri-rəsmi nəticələrə görə, Nümayəndələr Palatasının yarışında Respublikaçılar 82 yer, Demokratlar isə 47 yer qazanıb. Qərb əyalətlərində hələ nəticələr açıqlanmasa  da, indiyə qədərki nəticələrə görə, Nümayəndələr Palatasının yarısında Respublikaçıların üstünlüyü göz önündədir.ABŞ mediası bildirir ki, Tramp üçün yaşıl işıq yanır, Baydeni isə çətin günlər gözləyir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki