image-reklam-veteninfo
image-1backend

ABŞ-da benzin kəskin BAHALAŞDI

image-reklam-veteninfo

Milli Avtomobil Assosiasiyasının məlumatına görə, ABŞ-da bir qallon (3,79 litr) benzinin orta qiyməti yenidən 4 dollara çatıb.

Vətəninfo.az xəbər verir ki, təşkilatın məlumatına görə, 20 iyul tarixinə olan məlumata görə, bir qallon adi yanacağın qiyməti 4 dollardır. Bir qallon dizel yanacağının qiyməti 5 dollar həddini keçərək 5,1 dollara çatıb. Müqayisə üçün, iyulun əvvəlində bir qallon benzinin qiyməti 3,84 dollar, dizelin qiyməti isə 4,81 dollar idi.

Ən bahalı benzin Kaliforniyadadır və burada bir qallon benzinin qiyməti 5,49 dollara çatıb. Ölkə üzrə orta göstəricidən xeyli yüksək qiymətlər ABŞ-ın qərb sahillərində, eləcə də Alyaska, İllinoys, Nyu-York və Pensilvaniya ştatlarında qeydə alınıb.

ABŞ-da benzinin orta qiyməti üzrə tarixi rekord 2022-ci ilin iyun ayında, bir qallon benzinin qiyməti 5 dolları keçdikdə qeydə alınıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki