image-bayden_zelenski-780x470backend

ABŞ-da böhran yarana bilər – Xəbərdarlıq

image-reklam_sirab_01

ABŞ Respublikaçılar Partiyası Ukraynaya yardımla bağlı fikir ayrılıqlarına görə böhran baş verə biləcəyi ilə bağlı təhdid edir.

Vətəninfo.az  xəbər verir ki, bu barədə baş siyasi şərhçi Conatan Martin “Politico” üçün yazdığı məqalədə xəbərdarlıq edib .

Ekspert keçmiş prezident Donald Trampın oğlunun Ukrayna lideri Vladimir Zelenski haqda dediyi “nankor rifah kraliçası” sözünə diqqəti yönəldib. Bu sözlərdən sonra respublikaçılar düşərgəsində Kiyevə göstərilən dəstəyin səviyyəsi ilə bağlı mübahisələr başlayıb və Trampın tərəfdarları yardımın artırılması tərəfdarlarına qarşı çıxmağa başlayıblar. “Real xarici siyasət məsələsinə gəldikdə, qırğı siyasəti tərəfdarları olan Respublikaçılar Partiyası Ukraynaya əlavə pul və silah göndərməyə getdikcə daha az istək nümayiş etdirir”, – Martin vurğulayıb.

Qeyd edək ki, eks-prezident Donald Trampın oğlu kiçik Donald Tramp Zelenskini dəfələrlə tənqid edib. Xüsusilə, o, “Ukraynanın dinə qarşı hücumlarından sonra ABŞ Kiyevə daha böyük məbləğ göndərməlidir” deyərək istehza edib, öz fikrini bununla əsaslandırıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski pravoslavlığı “qadağan etsə də” azadlıqların tərəfdarıdır. “Zelenski Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətini qadağan etmək niyyətindədir. Onun hökuməti, həmçinin pravoslav kilsələrinə basqın edir və keşişləri həbs edir. Bəlkə buna görə o, demokratlar arasında superulduz olub? O, azadlıqdan danışır, millət. Gəlin ona heç bir hesabat vermədən daha 100 milyard dollar göndərək”, – deyə siyasətçinin oğlu bir müddət əvvəl sosial şəbəkələrdə yazıb.(publika)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki