ABŞ-da Respublikaçıların əksəriyyətdə olduğu təmsil olunduqları nümayəndələr palatasında keçirilən səsvermədə 218 “bəli” səsi ilə Omarın Təmsilçilər Məclisi üzrə Xarici Əlaqələr Komitəsindən çıxarılması qərarına gəlinib.
Vətəninfo.az xəbər verir ki, Somali mənşəli qadın Omar İsrailin bəzi siyasətini tənqid etdiyi və bunu “anti-semitist” adlandırdığı səbəbi ilə bu cəzaya məruz qalıb.
Omar öz açıqlamasında danışmağa davam edəcəyini söyləyib.
“Hədəf olmağıma təəccüblənənlər varmı? Konqresə susmaq üçün gəlmədim. Komitədə olmasa belə, dünyanın 4 tərəfində ədalət axtaranlar üçün danışmağa davam edəcəyəm.
Konqresdəki toplantı zamanı deputatlar Omarı müdafiə ediblər.
Yəhudi Demokrat deputat Din Filips müsəlman millət vəkilinin əleyhindəki iddialara reaksiya verərək Omarı müdafiə edib. Yəhudi deputat Filips Omarın Komitədən çıxarılmasını isə “ikiüzlülük” adlandırıb.