image-defaultbackend

ABŞ-da it sahibini güllələdi

image-reklam_sirab_01

ABŞ-ın Kanzas ştatında 32 yaşlı şəxs öldürülüb. Vətəninfo.az xəbər verir ki, polisin apardığı araşdırma və kamera görüntüləri onları şoka salıb. Məlum olub ki, 32 yaşlı şəxsi güllələyən itdir. 

Hadisə şənbə günü Oklahoma ilə sərhəd yaxınlığında baş verib. Araşdırma zamanı məlum olub ki, həmin şəxs pikapın ön sərnişin oturacağında olub, arxa oturacaqda isə tüfəng və ov aləti olub.

İstintaq belə qənaətə gəlib ki, it nəqliyyat vasitəsinin sahibinə məxsus tüfəngə basıb. Kürəyindən güllə yarası alan şəxs hadisə yerində dünyasını dəyişib. 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki