image-reklam-veteninfo
image-1backend

ABŞ-da məsciddə atışma: Ölən və yaralanan var

image-reklam-veteninfo

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində yerləşən məsciddə baş verən atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

WBNS telekanalının məlumatına görə, hadisə yerli vaxtla saat 14:10 radələrində baş verib.

ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) Kolumbus bölməsinin əməkdaşları hadisə yerinə cəlb olunublar. Qurum məsciddə atışma baş verdiyini təsdiqləyib.

Yaralanan şəxsin vəziyyəti barədə hələlik məlumat verilməyib.

Polisin ilkin məlumatına görə, hadisənin məscidə qarşı məqsədli hücum olmadığı ehtimal edilir. Atışmanın səbəbləri və digər təfərrüatlar araşdırılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki