image-reklam-veteninfo
image-abs_irannnnnbackend

ABŞ-dan  İrana növbəti xəbərdarlıq 

image-reklam-veteninfo

Dünən ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının, mümkün iqtisadi nəticələr və qlobal böhran riskləri ilə bağlı narahatlıqlardan daha vacib olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, jurnalistin İranın razılaşmaya əməl etməyəcəyi halda hərbi əməliyyatlara başlamağın qlobal iqtisadi böhrana səbəb ola biləcəyi ilə bağlı sualını cavablandıran Tramp bu fikirlə razılaşmadığını deyib.

Tramp bildirib ki, əsas təhlükə İranın nüvə silahına sahib olmasıdır: “Əgər onlar razılaşmaya əməl etməsələr, nüvə silahı böhranı əvəz edəcək. Qlobal böhran həqiqətən pisdir, ancaq nüvə silahı ona daha tez səbəb ola bilər”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki