image-7backend

ABŞ-dan İrana tələb: “Vətəndaşlarımızı azad edin, Rusiyaya dron göndərməyin və öz xalqınızı öldürməyi dayandırın”

image-reklam_sirab_01

ABŞ Dövlət Departamentinin sözçüsü Tehran rəsmilərinə çağırış edərək İranda həbsdə saxlanılan Amerika vətəndaşlarını sərbəst buraxmağı, Rusiyaya PUA göndərməməyi və öz xalqını öldürməyi dayandırmağı tələb edib.

Vətəninfo.az xəbər verir ki, İran-ABŞ müzakirələrinin başlaması ilə bağlı xəbərləri təkzib edən Ned Prays Tehran rejiminə güvənmədiklərini deyib.

Qeyd edək ki, son günlər Oman hökumətinin İranla Amerika arasında danışıqların bərpası ilə bağlı vasitəçilik etməsinə dair xəbərlər yayılıb.

Ned Praysın son bəyanatı bunu təkzib edir və İran hökumətinin bu şayiələrdən siyasi istifadə etmək niyyətində olduğunu bildirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki