İran Məşrutə Partiyasının baş katibi Fuad Paşayi ABŞ-nin Los-Anceles şəhərində silahlı hücuma məruz qalıb.
Vətəninfo.az xəbər verir ki, partiyanın sosial media hesabında yayılan məlumata görə, hadisə avqustun 17-də axşam saatlarında baş verib. Silahlı hücum nəticəsində ağır yaralanan Paşayi xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı polis araşdırmaya başlayıb. Lakin hücumun kim tərəfindən və hansı motivlə törədildiyi hələlik məlum deyil.
Qeyd edək ki, İran Məşrutə Partiyası İslam Respublikasına müxalif mövqeyi ilə tanınır və monarxiya tərəfdarı siyasi qurumlardan biridir.


























