image-image_750x_63748ba348a94backend

ABŞ generalının İrəvana müəmmalı SƏFƏRİ: Səfirlik açıqlama YAYDI

image-reklam_sirab_01

ABŞ Müdafiə Nazirliyinin Avropa Komandanlığının (EUCOM) nümayəndəsi, general-mayor Daniel Lasika  bu gün Ermənistana səfər edib. Vətəninfo.az xəbər verir ki, general-mayor Daniel Lasika  Ermənistan güc nazirləri ilə qeyri-rəsmi görüşlər keçirəcək.

Generalın səfərini ABŞ-ın Ermənistandakı səfirliyi də təsdiq edib.

Səfirliyin yaydığı açıqlamada bildirilir ki, səfər çərçivəsində general, Ermənistan Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasının rəsmiləri ilə görüşlər keçirəcək, bu gün isə o həmçinin “Zar” hərbi təlim mərkəzinə baş çəkəcək.

“General-mayor Ermənistanın müdafiə naziri Suren Papikyan, Baş Qərargah rəisi Edvard Asryan və Milli Təhlükəsizlik Şurası ilə görüşəcək. Dövlət katibi Armen Qriqoryan Ermənistan-Amerika təhlükəsizlik münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək. General-mayor Lasika sülhməramlı qüvvələrin “Zar” təlim mərkəzinin yeni kazarma, yeməkxana və konfrans zalının açılış mərasimində iştirak edəcək”, – deyə ABŞ-ın Ermənistandakı səfirliyindən bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki