image-11backend

ABŞ Gürcüstan Ali Ədliyyə Şurasının dörd üzvünü korrupsiyada ittiham edir

image-reklam_sirab_01

ABŞ Gürcüstan Ali Ədliyyə Şurasının dörd üzvünə qarşı “əhəmiyyətli korrupsiyada” ittiham edərək viza sanksiyaları tətbiq edib.Vətəninfo.az xəbər verir ki, bunu dövlət katibi Entoni Blinken deyib.

“Bu şəxslər Gürcüstanın məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü kimi öz vəzifələrindən sui-istifadə edərək, qanunun aliliyini və Gürcüstanın hüquq sisteminə ictimai etimadı sarsıdıblar”, – deyə məlumatda bildirilir.

Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadzeyə qarşı viza sanksiyaları tətbiq edilir.

Ali Ədliyyə Şurası Gürcüstanda məhkəmə hakimiyyətinin əsas idarəetmə orqanıdır və onun müstəqilliyinin təminatçısı kimi mövqe tutur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki