image-323912044_1882249172134055_6331804882118311826_nbackend

ABŞ Hərbi Dəniz Qüvvələri: “İrandan Yəmənə göndərilən 2000-dən çox silah aşkar edilərək ələ keçirilib”

image-reklam_sirab_01
ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində İrandan Yəməndəki Husi yaraqlılarına göndərildiyi güman edilən gəmidə 2000-dən çox silah aşkar edilərək ələ keçirdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanmasının sözçüsü Timoti Haukins bildirib.
“Yanvarın 6-da ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Chinook” sahil patrul gəmisinin əsgərləri Oman körfəzində yaxtanın qarşısını kəsiblər”.-Timoti Haukins bildirib.
Amerikalı hərbçi bu gəmidə ayrı-ayrılıqda yaşıl brezentlərə bükülmüş 2100-dən çox Kalaşnikov silahının aşkarlanaraq götürüldüyünü bildirərək deyib: “Bu silahlar ABŞ Hərbi Dəniz Qüvvələrinin daha öncə ələ keçirdiyi İrandan Yəmən göndərilən digər silahlara bənzəyir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki