image-defaultbackend

ABŞ Hərbi Dəniz Qüvvələrində “cənab” və ya “xanım” müraciətindən istifadə qadağan edildi

image-reklam_sirab_01

ABŞ Hərbi Dəniz Qüvvələrinin üzvlərinə cinsi təhqirlərdən qaçmaq üçün yeni işə qəbul olunanlarla münasibətdə “cənab” və ya “xanım” ifadələrindən istifadə etmək qadağan olunub. Vətəninfo.az xəbər verir ki, müvafiq tövsiyə Pittsburq Universitetinin hazırladığı yeni hesabatda verilib.

738 səhifəlik araşdırma, yuxarılara müraciət etməyin ənənəvi üsullarının “gender əsaslandırmasına mane olduğunu” göstərib.

MarineCorp Times-ın məlumatına görə, Dəniz Piyadaları Təlim və Təhsil Komandanlığının Baş Qərargah rəisi polkovnik Hovard Holl bildirib ki, radikal dəyişikliyin bəzi müqavimətlə də olsa, rəhbərlik tərəfindən qəbul edilib.

“Yeni işə qəbul olunanlar təlimatçılara müraciət edərkən “xanım” və ya “cənab” demək əvəzinə öz adlarından və soyadlarından istifadə etməlidirlər”, – deyə məlumatda bildirilir. “Gender identifikatorları işə qəbul olunanları rütbə və ya mövqedən çox, ilk növbədə təlimatçının cinsini düşünməyə və ya vizual olaraq hiss etməyə təşviq edir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki