image-filip-rikerbackend

ABŞ-ın Qafqazdakı əsas vasitəçisi istefa verib

image-reklam_sirab_01

Bu yaxınlarda Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri təyin edilmiş səfir Filip Riker yanvarın 5-də diplomatik xidmətdən təqaüdə çıxır.

Avqustun sonunda dövlət katibi Entoni Blinken səfir Rikeri özünün baş müşaviri və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri və Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ nümayəndə heyətinin aparıcısı təyin etmişdi.

Riker, həmçinin dövlət katibi Blinkenin Nyu-York (sentyabr) və Vaşinqtonda (noyabr) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşündə iştirak edib.

Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 4-də gündəlik brifinqdə deyib: “…Onun keçən ilin sonuna kimi qısamüddətli əsasda bu vəzifəni tutacağı gözlənilirdi”.

Prays bildirib ki, Rikerin gedişi Birləşmiş Ştatların Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə sadiqliyinə “heç bir halda xələl gətirmir”.

30 ildən artıqdır ki, Riker ABŞ-ın Böyük Britaniyadakı səfirliyi də daxil olmaqla müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər Riker dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki