ABŞ Dövlət Departamenti noyabrın 20-də Türkiyə döyüş təyyarələrinin Suriya və İraqın şimalındakı terrorçu hədəflərə qarşı hava əməliyyatlarına başlaması ilə bağlı bəyanat verib. Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price tərəfindən edilən yazılı şərhdə, ” Suriya və Türkiyədə həyatını itirənlərə dərin hüznlə başsağlığı veririk .” deyilir.
“Biz tərəfləri mülki həyatı qorumaq və İŞİD-i məğlub etmək kimi ümumi məqsədi dəstəkləmək üçün Suriyadakı gərginliyi azaltmağa çağırırıq”, – deyə bəyanatda bildirilir.
“Biz İraqda ölkənin suverenliyini pozan istənilən razılaşdırılmamış hərbi əməliyyata qarşı çıxmağa davam edirik”.