image-kevin-makkarti-696x352backend

ABŞ-ın üçüncü adamı – Kevin Makkarti kimdir?

image-reklam_sirab_01

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə tarixində görünməyən şəkildə – 17-ci cəhddən sonra Kevin Makkartini yeni sədr seçib. Qeyd edək ki, o, bu postda ermənipərəst siyasəti ilə ad çıxaran Nensi Pelosni əvəz edəcək.

Kevin Makkarti 1965-ci il yanvarın 26-sı Kaliforniya ştatında doğulub. Kaliforniya Ştatı Universitetində marketinq üzrə bakalavr, biznes idarəçiliyi üzrə magistr təhsili alıb. 2007-ci ildən Nümayəndələr Palatasının üzvü olan Kevin Makkarti 2014-2019-cu illərdə qurumda respublikaçılara liderlik edib.

Kevin Makkartinin ana babası italyan, ata babası irlanddır.

Evlidir, iki övladı var.

Nümayəndələr Palatası Konqresin alt qanadıdır. 2022-ci il noyabrın 8-də yenidən formalaşan 435 nəfərlik Nümayəndələr Palatasında 222 mandatla təmsil olunan Respublikaçılar Partiyasının sədr postuna namizədi Kevin Makkarti yanvarın 6-da keçirilmiş 15-ci səsvermədə qalib gəlib. Əvvəlki səsvermələr Respublikaçılar Partiyasının daxilində ixtilaflar üzündən nəticə verməmişdi.

6 yanvar səsverməsində Kevin Makkartini 216, onun əsas rəqibi, Demokratlar Partiyasının namizədi Hakim Cefrisi 212 konqresmen dəstəkləyib.

Demokratlar Partiyasının Nümayəndələr Palatasında 212 mandatı var.

Kevin Makkarti 2017-2021-ci illərdə prezident postunu tutmuş respublikaçı Donald Trampın fəal dəstəkçisi kimi tanınır.

Nümayəndələr Palatasının sədri ABŞ-ın prezident və vitse-prezidentdən sonra üçüncü ali vəzifəli şəxsi sayılır.

Konqresin yuxarı palatası – Senat 100 nəfərdən ibarətdir. Senatda respublikaçıların 49, demokratların 48 yeri var.

50 ştat və 1 federal dairədən ibarət ABŞ-da paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin Konqresdə təmsilçiliyi yoxdur.

Nümayəndələr Palatasında ştatların təmsilçiliyi əhalinin sayına bağlıdır. Senata hər ştatdan 2 nəfər seçilir. Vitse-prezident Senatın sədri sayılır, ancaq səsverməyə yalnız səslər tən bölünən hallarda qatıla bilir.

2021-ci il yanvarın 20-dən ölkədə prezident postunu Demokratlar Partiyasından Cozef Bayden tutur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki