ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinken futbol həvəskarı olduqlarını nümayiş etdiriblər.
Vətəninfo.az xəbər verir ki, Bayden və Blinken dünya çempionatının qrup mərhələsində ABŞ futbol komandasının İran üzərində qələbəsini (1:0) qeyd ediblər.
Maraqlı qarşıdurmadan əvvəl Bayden komandanın baş məşqçisi və oyunçuları ilə əlaqə saxlayıb və qalib gələ biləcəklərini bildirib. Və futbol matçından sonra Ağ Evin rəhbəri qələbə xəbərini sevinclə qəbul edib və deyib: “ABŞ – İran – 1:0. ABŞ! ABŞ! Bu, böyük oyundur”.