image-1backend

ABŞ: “İran dronu körfəzdə Amerika donanmasına qeyri-peşəkar yaxınlaşıb”

image-reklam_sirab_01

“İran dronu körfəzdə Amerika donanmasına qeyri-peşəkar yaxınlaşıb”. Vətəninfo.az xəbər verir ki, bunu
ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının komandiri Bred Kuper deyib.
“Noyabrın 28-də İrana məxsus pilotsuz uçuş aparatı ABŞ-ın “Dwight Eisenhower” təyyarədaşıyan gəmisi yaxınlığında təhlükəli və qeyri-peşəkar hərəkətlər edib”.- deyə Bred Kuper bildirib.
Onun sözlərinə görə, İran bununla bağlı edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymayıb.
Bred Kuper bildirib ki, İranın bu addımı nəticəsində insan itkisi olmayıb və ABŞ təyyarələrinə də zərər dəyməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki