Vətəninfo.az xəbər verir ki, aprelin 2-də Pentaqonun sözçüsü Sabrina Sinq mətbuat konfransında deyib ki, İsrailin Dəməşqdə İran konsulluğuna hücumundan sonra ABŞ hərbçiləri tərəfindən Suriyada İrana bağlı proksi qruplaşmasının dronu vurulub.
Məlumata görə, o, Suriyadakı əl-Tanf bazası yaxınlığında dronun ABŞ hərbi bazası tərəfindən məhv edildiyini təsdiqləyib.
Bununla bağlı Pentaqon sözçüsü bildirib ki, dron SEPAH tərəfindən dəstəklənən proksi qruplaşma tərəfindən atılıb.


























