image-1backend

ABŞ: “İran-Rusiya hərbi əməkdaşlığı sabitliyi pozur və qonşu ölkələr üçün zərərlidir” 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ Rusiyadan İrana qabaqcıl hərbi texnikanın veriləcəyi xəbərinə cavab olaraq bu əməkdaşlığı İranın qonşuları üçün zərərli və sabitliyin pozulması adlandırıb.
Məlumata görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib:
“ABŞ Rusiya və İran arasında artan sıx hərbi əməkdaşlıq barədə dəfələrlə xəbərdarlıq edib. Bugünkü xəbərlər Rusiyanın İran Silahlı Qüvvələrinə bilavasitə kömək etməyə və gücləndirməyə nə dərcədə hazır olduğunu göstərir. Bu genişmiqyaslı hərbi əməkdaşlıq İranın bölgədə sabitliyi pozmasına şərait yaradır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki