ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun İran ərazisinə qarşı daha bir zərbə əməliyyatı başa vurduğunu açıqladı.
Vətəninfo.az xəbər verir ki, ABŞ ordusunun məlumatına görə, əməliyyat zamanı ölkənin bir neçə bölgəsində onlarla hədəf vurulub. Zərbələrdə dəqiq idarə olunan sursatlar, qırıcı təyyarələr, hərbi gəmilər və dronlardan istifadə edilib.
X Komandanlığının açıqlamasına görə, ABŞ ordusu yalnız dronlardan istifadə etməklə kifayətlənməyib, həm də “ilk dəfə dəniz dronlarına hücum edib”. Mərkəzi Komandanlıq əməliyyatın məqsədinin İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyə hücum etmək qabiliyyətini azaltmaq olduğunu bildirib.
Komandanlığa görə, zərbənin hədəfləri arasında hava hücumundan müdafiə sistemləri, sahil radar stansiyaları və qayıqlar olub.


























