image-reklam-veteninfo
image-1backend

ABŞ  İrana yeni təklif göndərdi, Tehran isə öz şərtlərini irəli sürdü

image-reklam-veteninfo

ABŞ-nin İranla bağlı yeni təklifi vasitəçi tərəflərlə Tehrana çatdırdığı bildirilir.

Vətəninfo.az xəbər verir ki, Türkiyənin TRT kanalının məlumatına görə, Vaşinqton İran tərəfinə yeni təklif göndərib. Tehran isə əvvəlki razılaşmalar çərçivəsində ABŞ-nin öhdəliklərini dəfələrlə pozduğunu və Vaşinqtonun mövqeyini dəyişdirdiyini əsas gətirərək öz şərtlərini müəyyənləşdirib.

Bildirilir ki, hazırda vasitəçilər həm ABŞ, həm də İran tərəfi ilə məsləhətləşmələri və əlaqələri davam etdirirlər.

İran daha əvvəl də ABŞ ilə birbaşa danışıqlar aparmadığını, tərəflər arasında mesaj mübadiləsinin vasitəçilər üzərindən həyata keçirildiyini açıqlayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki