Dünən Kerman əyalətində ABŞ-nin telekommunikasiya qülləsinə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, İranın “Mehr News” agentliyi Kerman əyalətinin başçısının müavini Rəhman Cəlaliyə istinadən məlumat yayıb.
Bildirilib ki, hücum əyalətin cənubundakı dağlıq ərazidə yerləşən rabitə qülləsini hədəfə alıb.
Rəhman Cəlalinin sözlərinə görə, hadisə nəticəsində yaralanan iki nəfər xilasetmə qüvvələrinin müdaxiləsindən sonra helikopterlə tibb müəssisələrinə təxliyə olunub. Hazırda onların müalicəsinin davam etdiyi qeyd edilir.


























