image-1675498041_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-780x450backend

ABŞ İranın PUA istehsalçısına qarşı yeni sanksiyalar tətbiq etdi

image-reklam_sirab_01
ABŞ Maliyyə Nazirliyi İranın pilotsuz təyyarələr istehsal edən “Paravar Pars” şirkətinin direktorlar şurasının üzvlərini sanksiyalar siyahısına daxil edib.
Vətəninfo.az “Rosbalt”a istinadla xəbər verir ki, müvafiq məlumatı idarənin mətbuat xidməti yayıb.
Açıqlamaya görə, ABŞ Maliyyə Nazirlinin Xarici Aktivlərə Nəzarət İdarəsi bundan bir qədər əvvəl İran ordusunun elitar hissəsi olan SEPAH üçün “Şahed” seriyalı pilotsuz təyyarələr istehsal etdiyinə görə ABŞ və Avropa İttifaqının sanksiyaları altında olan “Paravar Pars” şirkətinin siyahısına səkkiz yüksək səviyyəli menecer əlavə edib.
“İran müəssisələri İran İnqilabı Keşikçiləri Korpusu və silahlı qüvvələr üçün PUA istehsalına davam edir”, – deyə məlumatda bildirilir. Maliyyə Nazirliyi onu da qeyd edib ki, daha geniş mənada İran həm də “Ukraynanın kritik infrastrukturuna” zərbələr endirmək üçün Rusiyaya pilotsuz təyyarələr verir.
Yanvarın 31-də Vaşinqton 7 İran şirkətinə ABŞ-ın Ukraynada Rusiya qüvvələri tərəfindən istifadə edildiyinə inandığı pilotsuz təyyarələr istehsal etdiyinə görə ixrac məhdudiyyəti qoyub.
Rusiya və İran hakimiyyəti bu ittihamları rədd edib.(qaynarinfo)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki