image-reklam-veteninfo
image-1backend

ABŞ mətbuatı Blinkenİ yıxıb-sürüyür: Utancverici uğursuzluqdur

image-reklam-veteninfo

Amerika mətbuatı da ABŞ dövlət katibi Antoni Blinkenin uğursuz Yaxın Şərq siyasətini tənqid edir.

Vətəninfo.az xəbər verir ki, “The Nation” jurnalı Blinkenin səfərini təhlil edərək “Baydenin Yaxın Şərq siyasəti həftə sonu çökdü” başlığı ilə oxucularına çatdırıb. “The Nation” jurnalının yazdığına görə, Blinkenin diplomatik səfəri “utancverici bir uğursuzluq”dur. Xəbərdə prezident Baydenin Qəzzanı dağıtmaq üçün İsrailə yaşıl işıq yandırdığı xatırladılıb.

Təhlildə Blinkenin səfər etdiyi müttəfiq ölkələrdə bunu qəbul etdirə bilmədiyi vurğulanıb və nəticənin Baydenin Yaxın Şərq strategiyasının sonu demək olduğu ifadə edilib.

Xəbərlərdə Antoni Blinkenin Türkiyə səfəri də yer alıb. Blinkenin prezident Ərdoğan tərəfindən rədd edildiyi və onun yalnız xarici işlər naziri Hakan Fidanla görüşdüyü qeyd edilib.

ABŞ dövlət katibi də Netanyahudan da “yox” cavabı alıb.

İsrailin baş naziri Blinkenin humanitar fasilə tələbini qəbul etməyib. Blinken Misirdən də əliboş qayıdıb. Misirin xarici işlər naziri Samih Şükri qeyd-şərtsiz dərhal atəşkəs tələb edib və ABŞ administrasiyasının ikili standartlar tətbiq etdiyini bəyan edib.publika.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki