image-defaultbackend

ABŞ Nümayəndələr Palatasında TikTok qadağan edildi

image-reklam_sirab_01

ABŞ Konqresinin Nümayəndələr Palatasında TikTok sosial şəbəkə proqramından istifadə etməyi qadağan edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Washington Examiner yazıb.

Nəşrin yazdığına  görə, bildiriş Nümayəndələr Palatasının İnzibati Məsələlər Komitəsi tərəfindən göndərilib. “Kibertəhlükəsizlik Aparatı TikTok mobil tətbiqinin bir sıra təhlükəsizlik təhdidləri səbəbindən istifadəçilər üçün yüksək risk yaratdığı qənaətinə gəldi”, – göndərilən e-poçtda deyilir.

Əvvəllər ABŞ hökuməti işçilərinin iş cihazlarında TikTok tətbiqindən istifadəsinin qarşısının alınması ilə bağlı müddəa Konqresin hər iki palatası tərəfindən qəbul edilən 2023-cü Maliyyə İli Maliyyələşdirmə Qanununa daxil edilib.

Dekabrın 16-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bildirib ki, ABŞ kəşfiyyatı TikTok-un ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığına inanır. Onun fikrincə, Çin hakimiyyəti TikTok-un amerikalı istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək, həmçinin bu sosial şəbəkədə hansı materialın yerləşdirilməsinə nəzarət etmək “bacarığına malikdir”. Burnsun fikrincə, bu, “narahatlığa səbəb”dir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki