image-1backend

ABŞ öz qoşunlarını Danimarkada yerləşdirir

image-reklam_sirab_01

ABŞ dövlət katibi Entoni Blinken və Danimarkanın xarici işlər naziri Lars Rasmussen Vaşinqtonda ikitərəfli müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar. Bu barədə Vətəninfo.az  ABŞ Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir .

“İndi imzalayacağımız müdafiə sahəsində əməkdaşlıq sazişi ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Onun qüvvəyə minməsi ilə hərbi qurumlarımız öz əməliyyatlarını indikindən daha effektiv şəkildə əlaqələndirə biləcəklər, qoşunlarımız daha ahəngdar və tez-tez təlim keçəcək. Biz NATO-nun qarşılıqlı fəaliyyət qabiliyyətini artıraraq, alyansımıza bütün qitə xalqları üçün sülh və sabitliyi daha yaxşı qoruyub saxlamağa imkan verəcəyik”, – Blinken sazişi imzalamazdan əvvəl deyib.

ABŞ dövlət katibi Danimarkanın Ukraynaya yardıma verdiyi töhfəni də qeyd edib.

Rasmussen öz növbəsində bildirib ki, müdafiə sahəsində əməkdaşlıq sazişi ikitərəfli təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək.

Dekabrın 19-da Danimarkanın baş naziri Mette Frederiksen ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq haqqında razılığın əldə edildiyini və bu, Danimarka ərazisinə Amerika qoşunlarının və hərbi texnikasının yerləşdirilməsinə imkan verəcəyini açıqlamışdı. Müqavilə 10 illikdir.

Bu ayın əvvəlində ABŞ Finlandiya və İsveçlə, 2021-ci ildə isə Norveçlə oxşar ikitərəfli müqavilələr imzalayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki