image-image_750x_63e3e51dcba28backend

ABŞ Polşaya 10 milyard dollarlıq hərbi yardım göstərəcək

image-reklam_sirab_01

ABŞ Polşaya təxminən 10 milyard dollar dəyərində HIMARS reaktiv yaylım atəşi sistemləri, ATACMS hərbi taktiki raket sistemləri və sursat satmağa hazırlaşır.

Vətəninfo.az xəbər verir ki,  bu barədə ABŞ Müdafiə Nazirliyinin Hərbi Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

“Təklif edilən bu satış Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün güc olan NATO müttəfiqinin təhlükəsizliyini yaxşılaşdırmaqla ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək olacaq”, – agentliyin açıqlamasında deyilir.

Konqres satışın qarşısını almaq səlahiyyətinə malikdir, lakin çox güman ki, ərizə problemsiz təsdiqlənəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki