ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi – red.) sanksiyalarının ləğv ediləcəyini açıqlayıb.
Tramp bununla bağlı bu gün Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşündə Rusiya-Ukrayna münaqişəsi barədə danışarkən deyib.
O deyib ki, NATO Baş katibi, ABŞ dövlət katibi ilə də bunu müzakirə ediblər, Türkiyəyə qarşı bu sanksiyaların ləğvinin vaxtı çatıb:
“Biz dostlarımıza qarşı sanksiyalar tətbiq etmək istəmirik. Bu, çox sadədir. Biz dostlarımızın embarqo və sanksiyalarla üzləşməsini istəmirik”.


























