image-putinvladimirbackend

ABŞ Putinin yeni “nüvə” təhdidlərini boşboğazlıq  adlandırıb

image-reklam_sirab_01

ABŞ daha əvvəl Moskvaya Ukraynada nüvə silahından istifadənin nəticələri barədə xəbərdarlıq etmişdi. Vətəninfo.az xəbər verir ki, bu dəfə  Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin yeni “nüvə” təhdidlərini boşboğazlıq adlandırıb .

Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays jurnalistin Putinin bəyanatını şərh etmək istəyinə cavab verərək deyib: “Biz nüvə silahı ilə bağlı hər hansı boş söhbətin tamamilə məsuliyyətsizlik olduğuna inanırıq”.

O əlavə edib ki, Çin, Hindistan, ABŞ və Rusiyanın özü də daxil olmaqla, Soyuq Müharibədən bəri bütün dünyada nüvə gücləri həmişə “nüvə müharibəsinin heç vaxt aparıla bilməyəcəyinə və qalib gələ bilməyəcəyinə” zəmanət veriblər.

“Biz hesab edirik ki, istənilən digər ritorika, istərsə də taktiki nüvə silahından istifadə təhlükəsi olsun, məsuliyyətsizlikdir. ”, – Prays qeyd edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki