image-bez-nazvaniya-1backend

ABŞ-Rusiya danışıqları baş tutmadı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, Rusiya ABŞ ilə çərşənbə axşamı Qahirədə başlayacaq nüvə sazişi danışıqlarını təxirə salıb.

Hər iki tərəf dünyanın iki ən böyük nüvə gücünü məhdudlaşdıran və tənzimləyən Yeni START nüvə silahlarının azaldılması müqaviləsi üçün yoxlamaların bərpasını müzakirə etmək niyyətində idi.

Dövlət Departamentindən yayımlanan açıqlamada vurğulanıb ki, Rusiya “birtərəfli” olaraq görüşü təxirə salıb və yeni tarixlər təklif ediləcəyini bəyan edib.

ABŞ isə mümkün olan ən erkən vaxta görüşün yenidən planlaşdırmağa hazırdır.

Zərri Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki