“ABŞ ordusunun 101-ci hava-desant diviziyasının 4700 nəfərlik şəxsi heyəti texnika ilə birlikdə Rumıniyada yerləşdirilib.” –Vətəninfo.az xəbər verir ki, bu barədə qərb mediası məlumat yayıb.
“İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq ABŞ diviziyası Avropada, həm də Rusiyanın Krımdakı silah bazasından cəmi 7 dəqiqəlik raket uçuşu məsafəsində yerləşdirilir.” -bunu hərbi ekspert Ədalət Verdiyev qeyd edib.
Ekspert bildirib ki, ABŞ qüvvələri ilk dəfədir ki, rus qoşunlarına bu qədər yaxın məsafədədir.
“ABŞ-ın əsas məqsədi Rusiyanı bəzi addımlardan çəkindirmək və Cənub-Şərqi Avropadakı müttəfiqlərinin müdafiəsi üçün qərarlı olduğunu nümayiş etdirməkdən ibarətdir.”- deyə Ədalət Verdiyev əlavə edib.