image-image_750x_638d83e85061dbackend

ABŞ Rusiya və İranda hakimiyyət dəyişikliyinə inanmır

image-reklam_sirab_01

ABŞ hesab edir ki, Rusiya Federasiyasında hakimiyyəti təhdid edə biləcək etiraz aksiyaları qeyri-mümkündür.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns məlumat verib. O, Rusiyada genişmiqyaslı etirazların mümkünlüyü ilə bağlı sualı cavablandırarkən, “Ola bilsin ki, baş verənlərə daha tənqidi münasibət olacaq, amma hakimiyyəti təhdid edə biləcək heç nə yoxdur”.

Hayns vurğulayıb ki, ABŞ irimiqyaslı etirazların keçirildiyi İranda hakimiyyət dəyişikliyini ehtimal etmir. Eyni zamanda, rəsminin sözlərinə görə, onlar milli kəşfiyyatda görürlər ki, hökumətlər ölkələrdə baş verənləri onların sabitliyinə birbaşa təhlükə kimi qəbul etmir və etirazları yatırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki