ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, ümumilikdə 10 fiziki şəxs və 12 şirkət ABŞ-ın yeni məhdudiyyətlərinə məruz qalıb.
Bildirilir ki, sanksiyalar ABŞ administrasiyasının 2021-ci ilin aprelində imzaladığı fərmana əsasən tətbiq edilir. “Rusiyanın ABŞ-ın sanksiyalarından yan keçmək üçün öz etibarlı vasitələrindən istifadə etmək cəhdləri göstərir ki, sanksiyalar Rusiya hərbi-sənaye kompleksi üçün Putinin hərbi maşınının təchizatını xeyli çətinləşdirib və baha başa salıb”, – maliyyə nazirinin müavini Valli Adeyemo çərşənbə günü deyib.
ABŞ-ın finnax sənədinə əsasən, sanksiyalar Rusiya, Sinqapur, Kipr, Latviya, İsrail və Özbəkistan vətəndaşları olan şəxslərə və Bolqarıstan, Latviya, Sinqapur, İsrail və Kipr şirkətlərinə qarşı tətbiq edilib.
ABŞ Maliyyə Nazirliyinin bəyanatına görə, son bir il ərzində Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan və ixrac nəzarətindən yayınma fəaliyyətləri ilə məşğul olan” 100-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.