image-image_750x_63d8aa297bedcbackend

ABŞ səfiri Moskvada hücuma məruz qaldı

image-reklam_sirab_01

Dünən ABŞ-ın Rusiyadakı yeni səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinin binasının girişində Amerika əleyhinə şüarlar səsləndirən kütlənin hücumuna məruz qalıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

KİV-lər yazır ki, bəzi diplomatik razılaşmalara, o cümlədən əsirlərin mübadiləsinə baxmayaraq, Moskva ilə Vaşinqton arasında yüksək səviyyəli təmaslar Rusiyanın Ukraynaya müdaxiləsindən sonra demək olar ki, dayanıb.

“Səfir Treysi misli görünməmiş gərginlik dövründə paytaxtlarımız arasında dialoqun davam etdirilməsinə, Rusiyada saxlanılan Amerika vətəndaşlarının maraqlarının qorunmasına və Amerika və Rusiya xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə diqqət yetirir”, – ABŞ-ın Rusiyadakı səfirliyi vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki