ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyan qətnamə qəbul edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Senatın Xarici Əlaqələr komitəsinin saytında bildirilir.
Qətnamə Rusiyanı “Ukrayna xalqına qarşı soyqırım aktları”na görə pisləyir, ABŞ, NATO və Avropa müttəfiqlərini Ukrayna hökumətini dəstəkləməyə davam etməyə çağırır, Rusiya rəsmiləri və hərbçilərinin məhkəmələri və təhqiqatlarını təsdiqləyir və ABŞ prezidenti Co Baydenə tövsiyə olunur. Maqnitski aktına əsasən soyqırımda iştirak edən insanlara qarşı sanksiyalar tətbiq ediləcək.
Maraqlıdır ki, qətnamə həm Demokrat, həm də Respublikaçılar partiyalarının nümayəndələri tərəfindən irəli sürülüb.
Bundan əvvəl Ukrayna müharibəsi fonunda Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru elan etmişdi.