image-reklam-veteninfo
image-1backend

ABŞ Ukrayna üçün silah satıb, pul qazanır 

image-reklam-veteninfo

ABŞ artıq Ukraynaya silah tədarükü üzrə PURL proqramı çərçivəsində 6 milyard dollardan çox qazanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Fox News” telekanalının efirində bildirib.

“Biz bu proqram üzrə 6 milyard dollardan çox vəsait əldə etmişik və bunu (proqramda iştirakı – red.) davam etdirmək niyyətindəyik”, – o deyib.

Qeyd edək ki, PURL (“Prioritised Ukraine Requirements List”) təşəbbüsü ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte tərəfindən 2025-ci ilin 14 iyulunda irəli sürülüb. NATO müttəfiqləri Ukrayna üçün silahları ABŞ ehtiyatlarından satın alırlar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki