image-ukrayna_muharibebackend

ABŞ Ukraynadan nə istəyir?

image-reklam_sirab_01

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın yazda əks-hücuma keçməsini gözlədiklərini bildirib.

“Pentaqon rəhbəri bu məqsədlə Ukrayna Müdafiə Kontakt Qrupundakı bütün tərəfdaşlarla silah-sursat imkanlarının təmin edilməsi üçün çox çalışdıqlarını deyib. Yaza heç nə qalmayıb.” -Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Politoloq hesab edir ki, Ukrayna əks-hücumdan əvvəl Rusiyanın hücumunu dəf etməlidir.

“Rusiya yaxın müddətdə işğal ərazisini genişləndirmək məqsədilə hücuma hazırlaşır. Ukrayna ordusu bu hücumu dəf edib Pentaqon rəhbərinin dediyi kimi əks-hücuma keçmək üçün vəd edilən hərbi texnikaya yiyələnməlidir. Ukraynaya qonşu ölkələr narahatdırlar. Çünki Rusiya Ukraynada istədiyi nəticəni əldə etsə, Moldova, Polşa və Baltik ölkələrinə ciddi təhdid yaranacaq.” -deyə politoloq əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki