“Birləşmiş Ştatlar Ukraynaya davamlı hərbi dəstək verməyə diqqət etməlidir.”- Vətəninfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Məqsədimiz Ukraynanı özünü müdafiə etmək üçün lazım olanı təmin etmək üçün hazırkı [hərbi dəstək] əməliyyatlarını davam etdirməkdir”, – Blinken Wall Street Journal-ın ev sahibliyi etdiyi konfransda deyib.
Dövlət katibi əlavə edib ki, Ukrayna ərazisinə iqtisadi və humanitar yardımların çatdırılması zəruridir.
Ukraynalıların Krımı Rusiyadan geri ala biləcəkləri sualına Blinken cavab verib ki, hara gedəcəyinə Ukrayna vətəndaşları qərar verir. Eyni zamanda, o, bunun ABŞ və bir çox digər ölkələrin dəstəyi ilə həyata keçiriləcəyini qeyd edib.