ABŞ və Fransa Ukraynanın suverenliyi və bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər.
Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makronun Ağ Evdə keçirilən görüşün yekunlarına dair birgə bəyanatında deyilir.
İki lider Ukraynaya ehtiyacı olduğu qədər yardım edəcəklərini təsdiqləyiblər. Söhbət, xüsusən, Ukraynanın enerji sisteminin bərpası üçün zəruri olan hava hücumundan müdafiə sistemləri və avadanlıqlarının təchizatının aktivləşdirilməsindən gedir.
Bəyanatda həmçinin vurğulanır ki, Paris və Vaşinqton Kiyevə yardımı tərəfdaşları ilə, o cümlədən dekabrın 13-də Fransa paytaxtında keçiriləcək beynəlxalq konfrans zamanı koordinasiya edəcək.