image-iran1backend

ABŞ VƏ İsrail molla rejimini necə çökdürür? –Bu oyundan Azərbaycan qazanacaq

image-reklam_sirab_01

Amerikanın İran  daxildə ilk və sonuncu hücumu “Cəza pəncəsi” adlı uğursuz hərbi əməliyyat olub. 1980-ci ildə ABŞ hökuməti Tehrandakı səfirliyində saxlanılan girov vətəndaşlarını azad etmək qərarına gəldi. Hətta ABŞ  körfəzə təyyarələr gəmisi, qırıcı təyyarələr, hərbi yük təyyarələri, helikopterlər, xüsusi təyinatlılar və dəniz piyadalarından istifadə emək qərarına gəldi. ABŞ rəsmiləri hesab edirdi ki, bu zərbə məxfi və ildırımsürətli olmalıdır.  Amma qum  fırtınası əməliyyatın keçirilməsinə mane oldu.  Aradan illər keçsə də ABŞ İrana qarşı əməliyyat keçirmək fikrindən vaz keçməyib. Bəzi analtiklər hesab edir ki, indiki halda ABŞ özü birbaşa İrana zərbə endirməsədə dolayısı ilə İranda baş verən hadisələrə təsir edir.

Son günlər  İsfahandakı pilotsuz təyyarələrin  hərbi təyinatlı obyektlərə zərbə endirməsi  Amerika və İsrail amilini ortaya atıb. Hesab etmək olar ki, dron hücumu İran pilotsuz təyyarələrinin Ukrayna müharibəsində iştirakına açıq cavabdır.

Prosesləri qısa da olsa təhlil etdikdə görmək olar ki, son hadisələrin baş vermə  trayektoriyasına   ABŞ-ın Çinlə münasibətlərinin kəskinləşməsi və Ukrayna- Rusiya müharibəsi əsas faktordur.  Keçən həftə Amerika-İsrail manevrləri mühüm hadisə idi və bu manevirlərin aydın şəkildə İrana qarşı yönəldiyini sezmək mümkündü. Eyni zamanda bu manevirlər nüvə təhdidləri ilə mübarizə üzrə təlimləri əhatə edirdi.

ABŞ və İsrailin hərbi təlimləri İrana qarşı müharibə elanından daha çox mesajdır.

Əslində Rusiya İrandan plotsuz uçuş aparatları almaqla, Tehranı Ukraynadakı bataqlığın içinə çəkdi. Bununla da Rusiya Qərbdən gələn basqıları Yaxın Şərqə yönləndirə bildi. İranlılar Ukraynada ruslara pilotsuz təyyarələrin əsas tədarükçüsü olmağa razılaşdıqda, yəqin ki, onlar daha bir təhlükəli oyuna girdiklərini başa düşmüşdülər. Hesab etmək olar ki, İranın məqsədi güzəştli şərtlərlə Tehranın xeyrinə hərtərəfli razılaşmaya qayıtmaq üçün Qərblə sövdələşmə etmək idi.  Bir sözlə, onların Ukrayna müharibəsinə dolayısı ilə girməsi Vyana danışıqlarına yönəlib. Maraqlısı budur ki, Co Bayden administrasiyası İrana zərbə endirməklə, Tehrana Ukraynadakı plotsuz təyyarə göndərməsinə belə sərt reaksiya verdi.

Rusiya mediası isə ABŞ və İsrailin İrana hava zərbələrini ABŞ-ın İranla gizli danışıqlarını ört-basdır etmək məqsədi daşıdığına dair marketinq şayiələri ilə cavab verir. Həqiqət budur ki, istər Vyanada, istərsə də Nyu-Yorkda İran faylına cavabdeh olan ABŞ rəsmisi Robert Malley ilə İranın BMT-dəki səfiri arasında danışıqların aparılması sirr deyil. Böyük hücum İranı Ukraynada Rusiyaya silah tədarükünü dayandırmağa məcbur etmək məqsədi daşıyır və çox güman ki, öz pilotsuz təyyarələrini və raketlərini göndərməkdə israr edərsə, İranı hədəfə almağa davam edəcək.

Amerikalılar və israillilər, istəsələr  raketlər və pilotsuz təyyarələr üçün hərbi istehsal sistemini məhv etmək imkanına malikdirlər. Yerin altında səkkiz metr dərinlikdə arsenal və bunkerlə qorunan və iki yarım metrlik beton örtüyü olan nüvə layihəsindən fərqli olaraq, onun saytları açıq və əlçatandır.

Söhbət hərbi qabiliyyətdə deyil, daha çox istək və qətiyyətdən gedir. Xatırladaq ki, Amerikalılar 24 ay əvvəl Əfqanıstanı tərk edəndə “İranla müharibə riskinə gedəcəklərmi” sualı gündəmə gəlmişdi.  Birləşmiş Ştatlar Ukrayna müharibəsini birbaşa onun təhlükəsizliyinə təsir edəcəyini və rəhbərlik etdiyi NATO alyansına meydan oxuduğunu düşündüyü üçün Tehran rejimi ilə qarşıdurmaya hazır görünür. Deyə bilərik ki, biz ilk dəfədir ki, öz qüvvələrini nümayiş etdirməklə, ABŞ rəsmi olaraq qəbul etməsə də, hərbi varlığını artırmaqla, İsraillə manevrlər edərək, İranın hərbi zavodları  rəsmən  hava zərbələri ilə sıradan çıxarıldı.

Bu, bizi son suala aparır: İranın hədəfə alınması Qərbin işini  asanlaşdıracaq, yoxsa vəziyyəti çətinləşdirəcək? Rejimin zəifləməsi, şübhəsiz ki, region üçün, Ukrayna və Azərbaycan kimi ölkələr üçün yaxşı xəbərdir.

“Asharq Al-Awsat” qəzetinin keçmiş baş redaktoru və Əl-Ərəbiyyə kanalının keçmiş baş meneceri, Səudiyyəli jurnalist Abdul Rəhman Əl-Rəşid bununla bağlı Vətəninfo.az-ın sualın cavablandıran zaman  bildirib ki, ABŞ və İsrailin İrana son hava zərbələri,yeni müharibənin başlanılması ehtimalı kimi yozula da bilər, yozulmaya da: “Amma biz buna mərc edə bilmərik. Tehran gözləntilərinə uyğun olaraq hərtərəfli razılaşmanın bərpası müqabilində Rusiya qırıcılarına silah tədarükünü dayandırmaq üçün Vaşinqtonla sövdələşmə edərək tənliyi dəyişə bilir. Burada tənlik fərqli olur. Qərb mütləq İranı deyil, Rusiyanı mühasirəyə almaq istəyir. Lakin İran zaman keçdikcə  zəifləyir. Artıq daxili narazılıqlar, molla rejiminin piramidası çökür. Digər bir tərəfdən də İrana qarşı iqtisadi sanksiyaların davam etdirilməsi ilə Tehran rejimi öz şərtlərini tətbiq etmək gücündə də deyil”.

Vətəninfo.az

Təhlil şöbəsi

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki