ABŞ-ın müdafiə naziri Lloyd Ostin İtaliyanın yeni müdafiə naziri Guido Crocetto ilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edib. Vətəninfo.az xəbər verir ki, nazirlər həmçinin Ukraynaya dəstək məsələsində, o cümlədən hava hücumundan müdafiə sahəsində gələcək əməkdaşlığı müzakirə ediblər.
Lloyd Ostin Guido Crocetto’ya “Ukraynanın özünü Rusiyanın təcavüzündən müdafiəsinə kömək etmək üçün İtaliyanın təhlükəsizlik yardımını dəstəkləmək öhdəliyinə” görə təşəkkür edib. İki lider ABŞ-İtaliya müdafiə tərəfdaşlığını inkişaf etdirmək üçün sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəldilər”, ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Həmçinin açıqlamada o da qeyd edilib ki, yaxın zamanda Ukraynaya silah tədarükünün yeni partiyası gerçəkləşəcək.