Uçuş həvəskarları FligtRadar24 proqramında ABŞ Hərbi Hava Qüvvələri pilotunun Rusiya bazası yaxınlığında cinsi orqan rəsmini çəkməsini lentə alıb.

“Şərqi Aralıq dənizində fəaliyyət göstərən KC-135 Stratotanker (RAKE71) missiya zamanı birdən çox uçuş marşrutu ilə hərəkət edib. Görünə bilər ki, bu düzəlişlər və hərəkətlər xüsusi olaraq edilmişdi.Lakin nə pilotun, nə də bölməmizin belə bir niyyəti yox idi. Biz bunu araşdırmağa davam etdikcə, USAFE-AFAFRIKA, AMC [Hava Mobility Komandanlığı] və Hərbi Hava Qüvvələri ən yüksək peşəkarlıq standartlarını qorumağa davam edəcək” -deyə rəsmi açıqlamada qeyd edilir.
Digər tərəfdən ekspertlər pilotun çəkdiyi marşrutun yeni böhrana səbəb ola biləcəyinə və istəmədən bu marşrutun Rusiyanı narahat edə biləcəyinə diqqət çəkib. İngilis mətbuatında bu xəbər “Rusiyanı ələ saldılar”, ABŞ mətbuatı isə hadisənin “Rusiya bazası yaxınlığında baş verdiyini” vurğuladı.
Uçuş mütəxəssisi “Times” qəzetinə deyib ki, “Pilotlar yanacaq doldurma missiyasında idilər. Təkrar uçuşdan sonra penis şəklində rəsm meydana çıxdı və xayalar əlavə edildi”.


























