ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 və digər ağır yük təyyarələri yenidən Avropadakı hərbi bazalardan Yaxın Şərq istiqamətində uçuşlara başlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə uçuşların izlənməsi platforması “Flightradar24” xəbər verib.
Məlumata görə, iyun ayında əldə olunmuş atəşkəsdən sonra dayandırılan hərbi hava daşımaları, iyulun əvvəlində İranla bağlı razılaşmanın pozulmasının ardınca yenidən aktivləşdirilib.
Bildirilir ki, ABŞ bununla Avropa ilə Yaxın Şərq arasında tammiqyaslı hərbi “hava körpüsü” əməliyyatını yenidən işə salıb. Bununla belə, daşınan şəxsi heyət və ya hərbi texnikanın tərkibi barədə rəsmi məlumat açıqlanmayıb.


























